AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2 METODİKA İmadəddin Nəsimi yaradıcılığının orta məktəbdə tədrisi Müəllif Elnarə Əliyeva Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi. Bakı, Azərbaycan. E-mail:...
More
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2 METODİKA İmadəddin Nəsimi yaradıcılığının orta məktəbdə tədrisi Müəllif Elnarə Əliyeva Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi. Bakı, Azərbaycan. E-mail: dok.elnare_e@mail.ru https://orcid.org/0000-0002-5779-8899 Annotasiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il «Nəsimi ili» elan olunmuşdur. 650 illik yubileyini qeyd et- diyimiz şair, həm Azərbaycan ədəbi dilini yüksək səviyyəyə qaldırdığı üçün, həm də fəlsəfi qəzəlin banisi kimi bütün dövrlərdə sevilərək oxunmuşdur. XX əsrin 30-cu illərindən bu günümüzə qədər orta məktəblərdə ustad sənətkarın həyat və yaradıcılığının hansı səviyyədə tədris olunması, şairin bədii irsindən hansı qəzəllərin seçilərək dərsliklərə salınması bu məqalədə diqqət mərkəzinə alınmışdır. Beləliklə, tədqiqatın obyekti Nəsimi yaradıcılığı, predmeti isə ümumtəhsil məktəblərinin dərslikləridir. Qeyd edək ki, İmadəddin Nəsiminin qəzəlləri il
Less